Bakı əhalisi arasında aşkarlanan qrip virusları açıqlanıb 29 Noyabr 2017 02:00 Sağlamlıq -- Bakıda müayinə olunan kontingentin 1,7%-də B qrip virusu, 3,3%-də... “Son 3 ildə apardığımız elmi tədqiqatların nəticələrinə görə, Bakıda - həm böyük, həm də uşaq əhalisi arasında təhlükəli A qrip virusu aşkar edilməsə də, B qrip virusu aşkar olunub. B qrip virusu isə o qədər təhlükəli deyil”. Maide.Az bildirir ki, bunu APA-ya Səhiyyə Nazirliyinin Vəli Axundov adına Elmi – Tədqiqat Tibbi Profilaktika İnstitutunun Virusologiya şöbəsinin müdiri, tibb üzrə fəlsəfə doktoru Lalə Rüstəmova deyib. O bildirib ki, 3 il müddətinə Bakıda müayinə olunan kontingentin 1,7%-də B qrip virusu, 3,3%-də adenovirus, 1,8%-də sinsitsial kəskin respirator virus infeksiyaları aşkarlanıb: “Bu rəqəmlər çox kiçik göstəricilərdir. Təxminən, müayinə olunan 100 nəfərdən 2-də B qrip virusu tapılıb. Bu göstəricilərə əsasən demək olar ki, Bakıda kəskin respirator virus infeksiyaları epidemik həddi ötməyib, yəni burada epidemiyadan söhbət gedə bilməz”. Şöbə müdiri qeyd edib ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) 2016-cı ilin noyabr ayına olan məlumata görə, mövsümi qripdən hər il 3 – 5 milyon nəfər ağır formada xəstələnir. Teqlər : #Bakı əhalisi arasında aşkarlanan qrip virusları açıqlanıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Bu il 506 nəfər yeməkdən zəhərləndi Böyrək daşı, diabeti olanlar BU ÇAYDAN İÇSİN
Karantin dövründə çoxlu qida qəbulu xoşagəlməz nəticələrə yol aça bilər - Mütəxəssis xəbərdarlıq edir