Bakıətrafı kənd və qəsəbələrdə avtobusların hərəkəti dəyişdirilib (SİYAHI)

Bakıətrafı kənd və qəsəbələrdə avtobusların hərəkəti dəyişdirilib (SİYAHI)

-- 10 marşrut xətti üzrə

Bakıətrafı kənd və qəsəbələrdə fəaliyyət göstərən 10 marşrut xətti üzrə avtobusların hərəkət trayektoriyasında müvəqqəti dəyişiklik edilib.
 
Maide.Az bildirir ki, Bakı Nəqliyyat Agentliyindən Trend-ə verilən məlumata görə, məqsəd, çimərlik mövsümündə əhalinin və turistlərin çimərliklərə rahat gediş-gəlişini təmin etməkdir.
 
Mövsümi xarakterli dəyişikliyə əsasən, 01.06.2018 tarixindən:
 
- 107 nömrəli marşrut xətti üzrə avtobuslar metronun “Koroğlu” stansiyasından “Buzovna” çimərliyinə;
 
- 108A nömrəli marşrut xətti avtobuslar “Görədil” və “Fatmayı” bağlarına;
 
- 141 nömrəli marşrut xətti üzrə avtobuslar Mərdəkan qəsəbəsinin “Sahil” çimərliyinə qədər;
 
- 171 nömrəli marşrut xətti üzrə avtobuslar Nardaran qəsəbəsi “See Breeze” istirahət mərkəzinə;
 
- 172 nömrəli marşrut xətti üzrə avtobuslar metronun “Koroğlu” stansiyasından “Bilgəh” bağlarına;
 
- 173 və 179 nömrəli marşrut xətti üzrə avtobuslar “Pirşağı” bağlarına və çimərliyinə qədər;
 
- 185 nömrəli marşrut xətti ilə hərəkətdə olan avtobuslar “Qızılqum” sanatoriyasına qədər;
 
- 189 nömrəli müntəzəm marşrutdan 1 ədəd avtobus ayırmaqla, həmin marşrutun hərəkət istiqaməti Nardaran qəsəbəsinin “Ləhiş” bağlarına qədər;
 
- 210 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobuslar isə “Türkan” bağlarına qədər fəaliyyət göstərəcək.
 

Google+ WhatsApp ok.ru