Baş katib:  Paraçinar  Pakistanın Qəzzasına çevrilib; Şiələrin qətliamını dayandırın

Baş katib: Paraçinar Pakistanın Qəzzasına çevrilib; Şiələrin qətliamını dayandırın

Pakistan Müsəlman Birliyinin baş katibi Raca Nasir Abbas Cəfəri Pakistanda keçirilən konfransda çıxışında  təkfirçi- terrorquların ölkədə törətdiyi cinayətləri pisləyib və  təkfirçilər əleyhinə mübarizənin güclənməsini və şiələrə qarşı  qırğınların dayandırılması üçün daha ciddi addımların atılmasını tələb edib. 
 
Maide.Az beynəlxalq KİV-lərə istinadən xəbər verir ki, A.Cəfəri  Paksitanın  Paraçinar bölgəsində Əhli-beyt (ə) ardıcıllarının durumunun olduqca ağır olduğunu vurğulayıb və deyib: “Paraçinar Pakistanın Qəzzasına çevrilib. Ona görə ki,  necə ki, Fələstinin işğal olunmuş ərazilərində Qəzza əhalisi  irqçi sionist rejimin əlindən əziyyət çəkir, eləcədə Paraçinar bölgəsində  insanlar  təkfirçi terrorçuların zülmündən əziyyət çəkir.” 
 
Baş katib İslamabadda keçirilən konfransda  hökumətin Paraçinardakı qorxulu  terror hadisə qurbanların teleyinə eləcədə  xalqın bu cinayətlərə etiraz olaraq keçirdiyi oturaq aksiyalara laqeyd yanaşmasını pisləyib.  “Xalq itirilmiş insanlara görə oturaq aksiya keçirir. Terror qurbanı olmuş şəxslərin taleyi və Paraçinar xalqının qəmi və kədəri heç kəsi maraqlandırmır.   Paraçinarda  internet və mobil telefon xidmətləri dayandırılıb.  Ona görə ki, zalim hökumət  rəsmiləri xalqın səsini boğmaq istəyir.  Onlar istəmir ki, Pakistnaın şiə müsəlmanlarının səsini dünya eşitsin”. 
 
 
 

Google+ WhatsApp ok.ru