Bakı Avtovağzalının beynəlxalq istiqamətlərə reysləri və qiymətləri - SİYAHI

Bakı Avtovağzalının beynəlxalq istiqamətlərə reysləri və qiymətləri - SİYAHI

Bakı Beynəlxalq Avtovağzal Kompleksi (BBAK) beynəlxalq istiqamətlərə mütəmadi fəaliyyət göstərən reysləri barədə məlumat verib.
 
Avtovağzaldan  bildirilib ki:
 
- Bakı-Yessentuki-Kislovodsk reysi həftənin cümə axşamları həyata keçirir və biletin bir istiqamətə qiyməti 70 manat 
- Bakı-Moskva və Bakı-Nijniy Novqorod reysi həftənin çərşənbə və şənbə günləri, biletin bir istiqamətə qiyməti müvafiq olaraq 100 manat və 110 manat 
- Bakı-Kazan reysi həftənin çərşənbə axşamı və cümə günləri baş tutur və biletin bir istiqamətə qiyməti 100 manat
- Bakı-Samara reysi həftənin cümə günü, biletin bir istiqamətə qiyməti 90 manat, həftənin cümə axşamı və bazar günləri, biletin bir istiqamətə qiyməti 90 manat,
- Bakı- Krosnadar reysi həftənin çərşənbə axşamı, cümə və bazar günləri, biletin bir istiqamətə qiyməti 83 manat,
- Bakı- Stavropol reysi hər 4 gündən bir, biletin bir istiqamətə qiyməti 47 manat - olaraq fəaliyyət göstərir.
 
BBAK sərnişinlərdən xahiş edir ki, biletləri mütləq şəkildə onlayn qaydada (bbak.az saytından) və ya Bakı Beynəlxalq Avtovağzal Kompleksinin kassalarından əldə etsinlər. Avtovağzaldan hərəkət etməyən beynəlxalq istiqamətlərə sərnişin daşıyan avtobuslara görə BBAK məsuliyyət daşımır.
 
Xatırladaq ki, 5 yaşınadək uşaqlar üçün gediş haqqı (oturacaq verilməmək şərti ilə) pulsuzdur. 5 yaşından 10 yaşınadək uşaqlar üçün isə biletin qiymətinin 50 faizi ödənilir. Sərnişinlərin istəyinə uyğun olaraq, 5 yaşınadək uşaqlar üçün də bileti yarı qiymətinə əldə etmək olar.
 
Ətraflı məlumat əldə etmək üçün (012) 406 01 58, (012) 406 01 59 telefon nömrələri vasitəsilə əlaqə saxlamaq mümkündür. /faktxeber /
 

Google+ WhatsApp ok.ru