Bakı Bulvarında möhtəşəm layihə (FOTO)

“Xəzər Waterfront” layihəsi adlandırılan tikili 3,5 hektar ərazini əhatə edir

Bakı bulvarının qərb hissəsində, parkın yeni hissəsi ilə köhnə hissəsinin birləşdiyi yerdə (Əl Oyunları sarayının yaxınlığı) möhtəşəm istirahət-əyləncə-alış-veriş mərkəzi inşa olunur. İlkin olaraq “Xəzər Waterfront” layihəsi adlandırılan tikili 3,5 hektar ərazini əhatə edir. Tikili "Sydney Opera House" həndəsi formalı olmaqla, Azərbaycanın milli emblemi olan səkkizguşəli ulduz içində alov görüntüsündədir. 
 
120,000 m² ümumi sahəsi olan bina 9 mərtəbəli olacaq. İkimərtəbəli zirzəmi avtodayanacaq kimi nəzərdə tutulub. Üst hissə isə 7 mərtəbədən ibarət olacaq ki, mərkəzdəki alova bənzəyən tikilinin hündürlüyü 70 metrə çatacaq.
 
Hazırda ərazidə tikinti-quraşdırma işləri davam etdirilir. Layihənin 2016-cı ildə təhvil verilməsi gözlənilir.//Lent.az
 
 
 
 

Google+ WhatsApp ok.ru