Bakı Dəmir Yolu Vağzalının yanındakı meydan və yol təmirə bağlanır

Bakı Dəmir Yolu Vağzalının yanındakı meydan və yol təmirə bağlanır

Bugündən Bakı Dəmir Yolu Vağzalının yanındakı meydan və yol təmirə bağlanacaq.
 
"Azəravtoyol" ASC-dən APA-ya verilən məlumata görə, buna səbəb ərazidə asfalt-beton örtüyünün yenilənməsi ilə bağlı aparılacaq işlərdir.  
 
Təmir işləri Azadlıq prospektindən (C. Cabbarlının heykəli) Dilarə Əliyeva küçəsi ilə kəsişməyədək olan ərazini əhatə edəcək. Sözügedən ərazidə hərəkətin məhdudlaşdırılması bir neçə günlük tətbiq edilir. /

Google+ WhatsApp ok.ru