Bakıda 1, 2, 5 manatlıq “Cinkart”lar yoxa çıxıb

Maide.az-ın məlumatına görə, araqlı bir məsələni müşahidə edib. Yəqin ki, bir çoxlarınız da bununla qarşılaşmamşış deyilsiniz. Belə ki, Bakcell abunəçiləri öz balansını artırmaq üçün üz tutduqları Bakının istənilən ərazisindəki dükanlarda, marketlərdə, köşklərdə 10 manatdan ucuz məbləğdə “Cinkart” əldə edə bilmir. Satıcılar isə bunun şirkətdən qaynaqlanan bir problem olduğunu deyir.

Bakcell şirkətinin məlumat mərkəzindən məsələyə aydınlıq gətirərək konturla bağlı problem olduğunu etiraf ediblər: 

“Bəli, biz də problemin olduğundan xəbərdarıq və növbəti həftədən etibarən aradan qaldırılmasına çalışacağıq. Yəni  1, 2, 5 manatlıq “Cinkart”lara tələbat çox olduğundan satılıb qurtarıb. Buna alternativ olaraq isə “pay point”, “bank”lar vasitəsilə yenə də aşağı məbləğdə ödəmə etmək olar”. 
Şirkətin nümayəndəsi yaranan narahatlığa görə abunəçilərdən üzr istədiklərini də bildirib.modern.az /

Google+ WhatsApp ok.ru