Bakıda 17 mərtəbəli bina yandı - Video

Gecə saatlarında Bakının Yasamal rayonunda yerləşən yaşayış binasında yanğın baş verib

Hadisə Kərim Kərimzadə küçəsində qeydə alınıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə dəstələri, təcili yardım briqadaları və polis əməkdaşları cəlb edilib. Sakinlərin sözlərinə görə yanğından əvvəl partlayış səsi də eşidilib. Binada yaşayan sakinlər təcili təxliyə olunub. Yanğın zamanı binaya elektirik enerjisinin verlişi də dayandırılıb.
 
17 mərtəbəli binanın 14-cü mərtəbəsində yerləşən elektirik şitində başlayan yanğın qısa zaman ərzində şiddətlənərək şaxtadan keçən bütün elektrik naqillərini və elektrik sayğaclarını əhatə edib. Sakinlərin sözlərinə görə baş verən partlayışdan sonra binanın bütün bloklarını tüstü bürüyüb. Buna görə də sakinlər binanı tərk etməkdə çətinlik çəkiblər. Yanğın zamanı xəsarət alan olmasa da, mənzillərdə köməksiz qalan 10 nəfər xilas edilib. Bundan başqa, xilasedicilər 5-ci mərtəbədəki mənzillərdən birində boğulma təhlükəsi ilə üzləşən balaca Yusifi də xilas edərək valdeyinlərinə təhvil veriblər.
 
Yanğınsöndürənlər alovun mənzillərə keçməsinin qarşısını alıblar. Hadisə yerinə Dövlət Yanğın Nəzarət Xidmətinin tətqiqat qrupu cəlb olunub və araşdırmalara başlanılıb. İlkin ehtimala görə, hadisə elektrik naqillərində yaranan qısaqapanma nəticəsində baş verib.

Google+ WhatsApp ok.ru