Bakıda 17 yaşlı əfqan qız 12-ci mərtəbədən yıxılaraq ölüb

Bakıda ölümlə nəticələnən bədbəxt hadisə baş verib. Binəqədi rayon Prokurorluğundan verilən məlumata görə, hadisə Rəsulzadə qəsəbəsi, Musabəyov küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında qeydə alınıb. Həmin binanın 12-ci mərtəbəsindəki mənzillərdən birində yaşayan Əfqanıstanın Kabul şəhərində anadan olmuş, 1999-cu il təvəllüdlü Fatimə Ezatullahi pəncərə silərkən ehtiyatsızlıqdan yıxılaraq ölüb.
 
Faktla bağlı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
 
Qeyd edək ki, F. Ezatullahi Azərbaycanda qaçqın statusu almış əfqandır. 

Google+ WhatsApp ok.ru