Bakıda 19 yaşlı qız özünü dördüncü mərtəbədən atıb 12 Fevral 2016 02:00 Hadisə Bakıda intihara cəhd olub. Nərimanov rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Əliyar Əliyev küçəsi ev 26, mənzil 109 ünvanında qeydə alınıb. Həmin ünvanda qonaq olan Beyləqan rayon sakini, 1997-ci il təvəllüdlü Tamara Vidadi qızı Abbasova binanın 4-cü mərtəbəsindən özünü atıb. Hadisə yerində olan şəxslər T. Abbasovanı xəstəxanaya çatdırıblar. Onun vəziyyəti ağır qiymətləndirilir. İlkin məlumata görə, T. Abbasova sevdiyi oğlandan ayrıldığı üçün bu addımı atıb. Faktla bağlı Nərimanov rayon Prokurorluğu tərəfindən araşdırma aparılır. Teqlər : #Bakıda 19 yaşlı qız özünü dördüncü mərtəbədən atıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Ağcabədidə ər arvadını qətlə yetirib Bakıda küçədən kimsəsiz uşaq tapıldı