Bakıda 2000 polisin cəlb edildiyi əməliyyat keçirilib, tutulanlar var

Bakıda 2000 polisin cəlb edildiyi əməliyyat keçirilib, tutulanlar var

Bakı şəhər Baş Polis İdarəsi oktyabrın 7-də 2000-dən çox əməkdaşı cəlb etməklə kompleks tədbirlər həyata keçirib. Bu, paytaxtda ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunması, cinayətlərin qarşısının alınması və açılması, eləcə də yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi məqsədini daşıyıb.
 
APA bu xəbəri Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən yayıb.
 
Xəbərə görə, nəticədə müxtəlif növ cinayət törədən 4 nəfər tutulub, axtarışda olan 29 nəfər yerləri müəyyənləşdirilərək saxlanıb. Pasport rejimi qaydalarını pozmuş 1400-dən çox adam müəyyənləşdirilib.
 
Bundan əlavə, yol hərəkəti təhlükəsizliyinin təmini sahəsində Dövlət Yol Polisi Xidmətinin əməkdaşları tərəfindən paytaxt ərazisində ümumilikdə yol hərəkəti qaydalarını pozmuş 1500-dən çox sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə inzibati xəta haqqında protokollar tərtib olunub.
 

Google+ WhatsApp ok.ru