Bakıda 20 yaşlı qızın başını bacısı kəsib

Bakıda 20 yaşlı tələbənin bacısı tərəfindən qətlə yetirildiyi müəyyən edilib. Trend-in əldə etdiyi məlumata görə, 1994-cü il təvəllüdlü Günel Etibar qızı Nuriyevanın bacısı Pərvana Nuriyeva tərəfindən qətlə yetirildiyi müəyyən edilib və o şübhəli şəxs qismində saxlanılıb

Qeyd edək ki, G.Niruyeva başı kəsilərək qətlə yetirilib

Qətlin səbəbi bilinmir. Hazırda istintaq davam edir. Faktla bağlı Xətai Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə cinayət işi açılıb.

Qeyd edək ki, hadisə Xudu Məmmədov küçəsi 18 ünvanında qeydə alınıb. Həmin ünvanda bacıları ilə birlikdə yaşayan, 20 yaşlı Günel Etibar qızı Nuriyevanın başı kəsilmiş meyiti tapılıb. G.Nuriyevanın meyitini onun bacıları günorta saatlarında evə gələrkən aşkarlayıb.
 
Qətlə yetirilən G. Nuriyeva Bakıda fəaliyyət göstərən musiqi məktəblərindən birinin ikinci kursunda oxuyurmuş.
Etibar Nuriyev tanınmış biznesmendir.
 
Etibar Nuriyevin Şəkidə bir neçə ticarət obyektləri, torpaq sahələri var. Ailənin 3 qız övladı var. Qizlardan ikisi əkizdir. Qətlə yetirilən Günel Nuriyeva isə ailənin böyük qızıdır. /

Google+ WhatsApp ok.ru