Bakıda 240-a yaxın zirzəmisi sulu bina var

Bakıda 240-a yaxın zirzəmisi sulu bina var

-- Nəmişkənlik birinci mərtəbədə yaşayanlar arasında tənəffüs sistemi xəstəliklərinin, o cümlədən...

Son araşdırmalara görə, Bakıda 240-a yaxın zirzəmisi sulu olan bina var.
 
Maide.Az Trend-ə istinadən xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (RGEM) şöbə müdiri Ziyəddin Kazımov deyib.
 
Onun sözlərinə görə, RGEM tərəfindən hər il yaşayış binalarının zirzəmiləri ilə bağlı epidemioloji araşdırmalar aparılır.
 
Zirzəmilərdə suyun olmasının yolverilməz olduğunu deyən Z.Kazımov bildirib ki, zirzəmilərə daxil olan suların bir qismi kommunikasiya xətlərinin nasazlığı nəticəsində sızan sular, bir qismi qurunt suları, bir qismi isə digər qarışıq sulardır.
 
Şöbə müdiri qeyd edib ki, bununla bağlı müvafiq dövlət qurumlarına ünvanlar qeyd edilməklə məktublar göndərilib: "Onların nəzərlərinə qeyd olunan ərazilərdə mühəndis-texniki işlərin aparılmasının vacibliyi çatdırılıb. Lakin buna baxmayaraq, bu gün də 240-a yaxın sulu zirzəmi mövcuddur. Əgər zirzəmidə nəmişlik varsa, o, birinci mərtəbədə yaşayanlar arasında tənəffüs sistemi xəstəliklərinin, o cümlədən ağciyər xəstəliklərinin yaranmasına səbəb olur".
 
Z.Kazımov onu da əlavə edib ki, RGEM-ə daxil olan şikayətlərin 30-40 faizi mənzillərdəki səs-küylə bağlı olur.
 

Google+ WhatsApp ok.ru