Bakıda 2 nəfər zəhərlənərək ölüb

Bakıda 2 nəfər zəhərlənərək ölüb

Bakıda xəstə qadın kimyəvi məhluldan zəhərlənərək ölüb 
Bakıda daha bir nəfər zəhərlənmədən ölüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, dekabrın 26-da Xətai rayonu ərazisində yaşayan, şizofreniya xəstəsi olan Roza Eminova evində kimyəvi məhluldan zəhərlənmə ilə xəstəxanaya gətirilib və dekabrın 27-də orada ölüb.
 
 
Digər zəhərlənmə faktı da Bakıda qeydə alınıb. Belə ki, 25 yaşlı qız pomidor turşusundan zəhərlənərək ölüb
 
Bakıda intihar etdiyi bildirilən 25 yaşlı qızla bağlı yeni faktlar məlum olub.
 
Sirkə turşusundan zəhərlənərək öldüyü bildirilən Selcan Qasımovanın dayısı Sabir Abbasov APA-ya bacısı qızının intihar etmədiyini bildirib. S. Abbasovun sözlərinə görə, S. Qasımova pomidor turşusundan zəhərlənərək dünyasını dəyişib.
 
S. Abbasov onu da qeyd edib ki, hazırda faktla bağlı Binəqədi rayon Prokurorluğu tərəfindən araşdırmalar davam etdirilir.
 
Qeyd edək ki, hadisə dekabrın 25-də paytaxtın Binəqədi rayonunda qeydə alınıb.
 
Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, Binəqədi rayonu ərazisində yaşayan Selcan Qasımova sirkə turşusundan zəhərlənmə ilə xəstəxanaya gətirilib və orada ölüb.  
 
Hər iki faktla bağlı cinayət işi başlanıb, istintaq gedir. (apa) /

Google+ WhatsApp ok.ru