Bakıda 3 avtomobil toqquşub, bir nəfər həlak olub

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.
 
Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, fevralın 14-də Sabunçu qəsəbəsi Aeroport şossesində Bakı şəhər sakinləri 1975-ci il təvəllüdlü Seyfəl Əliyevin idarə etdiyi «Kia-Cerato», 1988-ci il təvəllüdlü Ruslan Məmmədovun idarə etdiyi «Nissan-Teana» və 1989-cu il təvəllüdlü Mirməmməd Bağırovun idarə etdiyi «Mercedes» markalı avtomobillər toqquşub.
 
Nəticədə, S.Əliyevin sərnişini - anası 1942-ci il təvəllüdlü Zemfira Ağayeva aldığı xəsarətdən 3 saylı Şəhər Klinik xəstəxanasında ölüb./
 

Google+ WhatsApp ok.ru