Bakıda 6 avtobus yanıb

Bakıda sərnişin avtobusları yanıb. 
 Maide.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumat verir ki, Bakı şəhəri, Suraxanı rayonunda qarajın ərazisində istifadəyə yararsız 6 ədəd “İSUZU” markalı avtobus yanıb. Digər avtobuslar yanğından mühafizə olunub. Yanğın saat 17:00-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
 
Hadisənin səbəbi araşdırılır./
 

Google+ WhatsApp ok.ru