Bakıda 6 marşrut xəttinin istiqaməti dəyişəcək

Bakıda 6 marşrut xəttinin istiqaməti dəyişəcək

IV İslam Həmrəyliyi Oyunları ilə əlaqədar 6-23 may tarixlərində 6, 8, 88 və 202 saylı marşrut xətlərinin istiqaməti dəyişəcək. 
 
APA-nın məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında Bakı Nəqliyyat Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin sektor müdiri Mais Ağayev bildirib.
 
Eyni zamanda 33 və 52 saylı marşrut xətlərinin istiqamətləri dəyişəcək. “Bu marşrut avtobuslarına alternativ hansı yollar təqdim olunubsa, bu barədə vaxtaşırı ictimaiyyətə əlavə məlumatlar veriləcək”, - deyə M. Ağayev vurğulayıb. 
 

Google+ WhatsApp ok.ru