Bakıda 74 yol kəsişməsində sarı tor çəkiləcək

Bakıda 74 yol kəsişməsində sarı tor çəkiləcək

Bakıda 74 yol kəsişməsində sarı tor yol nişanı çəkiləcək.
 
Maide.Az bildirir ki, bu barədə Trend-ə açıqlamasında Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli deyib.
 
O, bildirib ki, paytaxtın Bakıxanov küçəsi ilə Səməd Vurğun küçələrinin kəsişməsində tıxacların aradan qaldırılması üçün çəkilmiş sarı tor müsbət nəticə verib: "Əslində sarı torun bütün kəsişmələrdə salınması nəzərdə tutulub. Avropada, qonşu Türkiyənin özündə sarı torun üzərində kameralar da quraşdırılıb. Əgər işıqforun yaşıl işığı yanırsa belə, sürücünün oradan keçməsi mümkün deyilsə və o, yaşıl işıqda tora düşürsə, bu, inzibati tənbehə tabe tutulur. Ümumilikdə, bütün kəsişmələrdə, binaların çıxışında, xüsusilə yanğın, mühafizə çıxışlarında sarı torun tətbiqini planlşdırırıq. Hazırda təsdiq almışıq. Bakını 74 kəsişməsində sarı torun tətbiqi planlaşdırılır".
 
Agentlik rəsmisinin sözlərinə görə, bu, ciddi dərəcədə tıxacların aradan qalxmasına təsir göstərəcək: "Çünki kəsişmələr dolu olmayandan sonra nəqliyyat axını davam edəcək. Torun inzibati tənbehi bizim qurum tərəfindən həyata keçirilmədiyindən cərimə olunan nəqliyyat vasitələrinin statistik məlumatları bizdə yoxdur. Amma vizual araşdırma ərazidəki ənənəvi tıxacların azaldığını deməyə əsas verir".
 

Google+ WhatsApp ok.ru