Bakıda 83 yaşlı qadın dəhşətli şəkildə can verdi

Çay qaynadan yaşlı qadını elektrik cərəyanı vurub öldürüb

Ötən gecə Nəsimi rayonu ərazisində 83 yaşlı qadın dəhşətli şəkildə can verib. Nəsimi rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə saat 23:00 radələrində qeydə alınıb.
 
Belə ki, 83 yaşlı Nuriyyə Əhmədova evdə çay qaynadan zaman zaman bədbəxt hadisə baş verib. Qadın ehtiyatsız davranaraq açıq elektrik naqilini suya toxundurub.
 
Hadisə nəticəsində qadını tok vurub. Qadının meyidini yaxınları mətbəxtdən tapıblar.
 
Faktla bağlı araşdırma aparılır.

Google+ WhatsApp ok.ru