Bakıda “Mənəviyyatımıza doğru” adlı tədbir keçirilib

  “Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyinin təşkilatçılığı ilə “Mənəviyyatımıza doğru” adlı tədbir keçirilib.
Maide.az- ın verdiyi məlumata görə, İctimai Birliyin sədri Sevinc Əzimbəyli çıxış edərək, ölkədə milli-mənəvi dəyərlərimizin təbliği, eləcə də mühafizə olunmasının vacibliyindən geniş söz açıb. O, Azərbaycan dövlətçiliyinin bütövlüyünün milli-mənəviyyatımızın dirçəlişindən keçdiyini bildirib: “Bu gün ölkədə dövlətin tolerant siyasətindən sui-istifadə edən radikal dini qrupların zərərsizləşdirilməsi vacib tədbirlərdən biridir”.
S.Əzimbəyli dövlətinə və bayrağına xəyanət edənlərin nə dini, nə də milli kimliyə aidiyyatı olmadığını tədbir iştirakçılarının diqqətinə çatdırıb. O, bütün ölkə qadınlarını Azərbaycan dövlətinin yanında olmağa səsləyib.
/

 

Google+ WhatsApp ok.ru