Bakıda əlil gileyi: `127 manatla necə dolanım?`

Əlilin varsa, ona sahib çıxırsansa, dövlətsən, millətsən, “yoxdursa”, gizlədirsənsə əlilsən...

İstənilən ölkənin əlili var, küçələrində rastlaşarsan, təkcə Azərbaycandan başqa. Avropa ölkələrində hər addımda əlil görərsən, kimisi arvadını, kimisi qardaşını, başqa birisi nənəsini əlil arabasında daşıyır, araba ilə metroya, avtobusa, tramvaya minir. Azərbaycanda küçədə əlilə rast gəlmək nadir hallarda mümkündür.

Niyə axı? Bizdə əlil yoxdur, yoxsa? Bəlkə pulsuzluqdan bayıra çıxmırlar?

Birinci qrup əlilinin Milli.Az-a yazdığı məktub çox qaranlıq məqamları üzə çıxardı. Şikayətçi yazır ki, 127 manat təqaüd alır və həmin məvaciblə bir ayı dolanmalıdır. Həmin təqaüdə heç nə ala bilmədiyindən, motorlu arabanın 2500 manat olduğundan gileylənir. Bilmək istəyir ki, təqaüdün qalxması gözlənilir, yoxsa yox?

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Babayev Milli.Az-a bildirdi ki, təkcə bu il Azərbaycan Respublikası Prezidenti sosial ödənişlər sahəsinə dair imzalanan 4 fərman və 1 sərəncama əsasən, orta aylıq Prezident təqaüdü müharibə əlilləri və onlara bərabər tutulan şəxslər üçün 50%-ə yaxın, Böyük Vətən müharibəsində iştirak etmiş bəzi kateqoriyalardan olan şəxslər üçün 81,8%, Qarabağ müharibəsi veteranlarına aylıq sosial müavinətin məbləği 21,6% artırılıb. Növbəti illərdə də bu məsələlələrə, təbii ki, baxılacaq.

Araba məsələsinə gəldikdə isə dövlət tərəfindən, nazirlik tərəfindən 2014-cü il ərzində əlilliyi olan şəxslərə 569 ədəd əlil arabası verilib. Lakin hazırda əlilliyi olan şəxslərə dövlət tərəfindən motorlu araba verilmir.

Rəsmi rəqəmlərə görə, Azərbaycanda əlilliyi olan insanların sayı 520 minə yaxındır. milli.az /

Google+ WhatsApp ok.ru