Bakıda ən ucuz mənzilin kvadratı 400, ən bahalısı isə 3200 dollardır

Bakıda yeni tikilən yaşayış binaları arasında ən ucuz mənzilin harada olduğu dəqiqləşib. "MBA Group" konsaltinq şirkətindən verilən məlumata görə, ən ucuz mənzil Xırdalan şəhərində qeydə alınıb.
"İlkin yaşayış mənzil bazarında kvadrat metrin qiymətinə görə təklif olunan ən ucuz mənzil Abşeron rayonu, Xırdalan şəhərində qeydə alınmışdır. Ümumi sahəsi 104 kv.m olan 2 otaqlı yeni tikili mənzildə qeydə alınıb, 400 USD/kv.m" - deyə şirkətin məlumatında bildirilir.
Ən bahalı mənzil isə Bakının Nəsimi rayonundakı 5 otaqlı təmirsiz mənzildə qeydə alınıb. Cavanşir (keçmiş Qaqarin) körpüsü yaxınlığında yerləşən 264 kv.m sahəyə malik olan, tam təmirsiz mənzilin kvadrat metrinin satışa təklif olunan ilkin qiyməti 3200 USD təşkil edib.

Google+ WhatsApp ok.ru