Bakıda əksər sürücülər bu qaydanı tez-tez pozur - VİDEO

Bakıda əksər sürücülər bu qaydanı tez-tez pozur - VİDEO

Bu qaydanı pozanlara 40 manat cərimə düşür

İşıqforun qırmızı işığında dayanarkən "stop" xətti keçənlərə 40 manat cərimə düşür.

Yəqin müşahidə etmisiniz əksər sürücülər işiqforun qadağanedici siqnalı işə düşəndə işıqforun qarşısındaki stop xətti kəsib keçirlər. Düşünürlər ki, maşını məhz işıqfor dirəyinin yaxınlığında saxlamaq lazımdır. Təbii ki, bu da doğru yanaşma deyil. Yollardakı kameralar sin günlər daha da müasirləşdirildiyindən, bu qaydanın pozanlar kameralar tərəfindən lentə alınır.

 
Biri işıqforun qarşısındakı stop xətti qismən, digəri isə tamamilə keçir.
 
Bakıda əksər sürücülər bu qaydanı tez-tez pozur. Ancaq işıqforun qırmızı işığında dayanarkən «stop» xətti keçənlərə 40 manat cərimə düşür. Yollarda quraşdırılmış kameralar bir müddətdir bu qaydanı pozanları da qeydə alır. Videonəzarət qurğuları daha da müasirləşdirildiyindən belə sürücülər də bağışlanmır.
 
Müşahidələr göstərir ki, bu qayda pozuntusuna yol verən sürücülər kameraların onları lentə aldığından məlumatsızdırlar
 
Göründüyü kimi bəzi sürücülər ərazidə sırf kameraların olmasına görə davranırlar. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov məhz belə sürücülərə ismarıc göndərib.
 

Google+ WhatsApp ok.ru