Bakıda “İslam sivilizasiyası və incəsənətində Vəhdət` adlı  rəsm sərgisi - FOTO

Bakıda “İslam sivilizasiyası və incəsənətində Vəhdət` adlı rəsm sərgisi - FOTO

-- Sərgidə Azərbaycanın tanınmış rəssamlarının 150-dən çox rəsm əsəri sərgilənir

Ötən gün Bakıda  “İslam sivilizasiyası və incəsənətində Vəhdətin təzahürü” adlı  rəsm sərgisi təşkil olunub.
 
Maide.Az xəbər verir ki, sərgidə Azərbaycan Respublikasının  tanınmış rəssamlarının  müxtəlif İslami mövzular, xüsusilə  Müqəddsə Qüds mövzusunu əhatə edən 150-dən çox  rəsm  əsəri  sərgilənir. 
 
Sərginin açılış mərasimində Azərbaycanın tanınmış incəsənət xadimləri, elmi və mədəni şəxsiyyətləri iştirak edib. 
 
Açılış mərasimində çıxış edən şəxslər İslami sivilizasiyanın tanıtdırılmasında  incəsənətin rolundan danışıb. Çıxışlarda işğal olunmuş ərazilərin azadlığı və  İslam dünyasının  mədəni irsinin xüsusi ilə  Müqəddəs Qüdsün qorunması üçün müsəlmanların vəhdətinin zəruriliyi vurğulanıb. 
 
Birgünlük sərginin sonunda fırça ustaları diplom və sertifikatlarla təltif olunub.
 
 
 
 
 
 
 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru