Bakıda ABŞ vətəndaşının meyiti aşkarlanıb

Azərbaycanda özəl şirkətlərdən birində aqronom vəzifəsində işləyən ABŞ vətəndaşının meyiti tapılıb. “Report”un xəbərinə görə, 57 yaşlı Robert Riçartsonun meyiti onun Yasamal rayonu, İnşaatçılar prospektində kirayə yaşadığı mənzildə aşkarlanıb.
Meyitin müayinəsi zamanı ABŞ vətəndaşının ürəktutmadan öldüyü məlum olub.
Faktla bağlı araşdırmalar davam etdirilir.

Google+ WhatsApp ok.ru