Bakıda şadlıq evi qarət olunub

Maide.azəın məlumatına görə, ötən gecə Binəqədi şossesində yerləşən şadlıq saraylarının biri qarət olunub. 
 
Bakı Şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, obyektin inzibatçısı Bakı şəhər sakini Nurlan Məmmədovun otağından, seyfi sındırmaqla 6 min manat oğurlanıb.
 
Binəqədi Rayon Polis İdarəsi 4-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, oğurluqda şübhəli bilinən şəxs tutulub.
 
Belə ki, saxlanılan Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş, 1992-ci il təvəllüdlü Elnur İsmayılov və Sabirabad rayon sakini, 1996-cı il təvəllüdlü Hikmət Atamoğlanov tutulublar.
 
Onlardan oğurladıqları pulun 1500 manat maddi sübut kimi götürülüb.

Google+ WhatsApp ok.ru