Bakıda 'Qüds İslam dünyasının şərəf məsələsidir' mövzusunda tədbir keçirilib

Bakıda 'Qüds İslam dünyasının şərəf məsələsidir' mövzusunda tədbir keçirilib

"Qüds İslam dünyasının şərəf məsələsidir" yazı müsabiqəsi başa çatıb.


 Qələm Yazarlar Birliyinin təşkil etdiyi  "Qüds İslam dünyasının şərəf məsələsidir" yazı müsabiqəsinə yekun vurulub. 

Beynəlxalq Mətbuat Mərkəzində keçirilən tədbirdə ölkənin tanınmış ictimai-siyasi xadimləri, partiya və təşkilat rəhbərləri, ziyalılar və din xadimləri, eləcə də ictimaiyyət və media mənsubları iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Qələm Yazarlar Birliyinin sədri Qurban Cəbrayıl təşrif buyuran qonaqlara minnətdarlığını bildirib. O, qeyd edib ki,  Qüds məsələsi bütün dünyanın diqqət mərkəzində olmalıdır.  Çünki müsəlmanların müqəddəs şəhəri olan Qüds, sionist İsrail rejimi tərəfindən işğala məruz qalır və  günahsız fələstinlilər qətliam edilir. Lakin təəssüflər olsun ki, bu işə rəvac verən ABŞ və digər imperialist qüvvələr,  sionist rejimin illərdir davam edən işğalına göz yumur. Qurban Cəbrayıl əlavə edib ki, "Qüds İslam dünyasının şərəf məsələsidir" adlı yazı müsabiqəsi məhz “Qüds Günü” nün  mahiyyətini, müsəlmanların başına gətirilən zülmləri gənc nəsilə, eləcə də bütün dünyaya çatdırmaq baxımından böyük əhəmiyyət kəsb edir.

Ardınca tədbirdə çıxış edən Azərbaycan İslam Partiyasının sədr əvəzi, ruhani alim hacı İlham Əliyev bu cür vacib və əhəmiyyətli mövzuda yazı müsabiqəsi təşkil etdiyi üçün Qələm Yazarlar Birliyinə təşəkkürünü bildirib. O, qeyd edib ki, bu gün bütün dünyanın diqqəti Qüdsə, Fələstinə yönəlib. Hamı zülmü pisləyir və zalıma öz yerinin göstərilməsini istəyir. Qərb dünyası isə  İslam dininin yer üzərinə hakimlik etməsindən qorxduğu üçün, müsəlmanlara qarşı zülmə dəstək verir. AİP-in sədr əvəzi vurğulayıb ki, Azərbaycanın əzəli və əbədi torpağı olan Dağlıq Qarabağa edilən təcavüz, Qüdsün işğalının davamıdır. Hacı İlham Əliyev əlavə edib ki, İslam dünyası  əsası İmam Xomeyni tərəfindən qoyulan “Qüds Günü” nün əsl mahiyyətini dərk edərək, düşmənlə bu istiqamətdə mübarizəsini davam etdirməlidir.

  Daha sonra çıxış üçün söz DEVAMM sədri İlqar İbrahimoğluya verilib. O, Qüds gününün elan olunmasını İmam Xomeyninin göstərişi ilə relallaşdığını və bunun əsas məqsədinin müsəlmanlara ictimai məsulliyyət vermək olduğunu qeyd edib: "Qüds günü Fələstin günü olmaqla yanaşı, Qarabağ günüdür. Ölkəmizdə hər bir insan bu günün əhmiyyətini dərk etməlidir".

Tədbirdə həmçinin Qarabağ Azad Təşkilatının sədri Akif Nağı, Azərbaycan Ziyalılar Birliyinin sədri Eldəniz Quliyev, Qarabağ Uğrunda İslami Müqavimət Hərəkatının sədri Rövşən Əhmədli, Ağ Partiyanın sədri Tural Abbaslı, politoloq Hacığa Nuri və başqaları iştirak ediblər.

Sonda münsiflər heyəti tərəfindən məqalə müsabiqəsində I, II, III və həvəsləndirici yerlər üzrə müəyyənləşdirilən qaliblərə pul mükafatı və qiymətli hədiyyələr verilib. /faktxeber/

Google+ WhatsApp ok.ru