Bakıda ağır yol qəzası - 13 nəfər yaralandı

Bakıda ağır yol qəzası - 13 nəfər yaralandı

Bakıda ağır yol qəzası baş verib.
 
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, hadisə iyulun 19-da saat 11 radələrində Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində baş verib.
 
Bakı şəhər sakinləri Şahbaz Dadaşovun idarə etdiyi “ZİL” və Vəli Cavadovun idarə etdiyi “QAZel” markalı avtomobillər toqquşub.
 
Nəticədə V.Cavadovun 13 sərnişini xəstəxanaya yerləşdirilib. Onlardan 12 nəfərinə xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb, 1 nəfərin vəziyyəti qənaətbəxşdir.
Qaradağ RPİ tərəfindən araşdırma aparılır. (modern.az)
 

Google+ WhatsApp ok.ru