Bakıda ağır yol qəzası baş verib, 1 nəfər ölüb, 5-i yaralanıb

Bakıda ağır yol qəzası baş verib, 1 nəfər ölüb, 5-i yaralanıb

Bakıda ağır yol qəzası baş verib. 
 
Maide.Az "Report"a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonunun Ramana qəsəbəsi ərazisində qeydə alınıb. 
 
Belə ki, dekabrın 23-də saat 14 radələrində Bakı şəhər sakini Sübhan Məmmədov idarə etdiyi “NAZ Lifan” markalı avtomobili aşırıb. Nəticədə sürücü və 5 sərnişini xəstəxanaya yerləşdirilib, onlardan qayınanası M.İsmayılova orada ölüb.
 
Sabunçu rayon Polis idarəsi tərəfindən araşdırma aparılır.

Google+ WhatsApp ok.ru