Bakıda avtobusda bu da baş verdi - VİDEO

Sürücü mahnı oxudu, sərnişinlərdən biri əlinə butulka alaraq ona «kömək» etdi

İctimai nəqliyyatdan istifadə edənlərin ümidi isə təhlükəsiz və rahat mənzil başına çatmaqdır. Avtobus sürücülərinin avtoşluq etməsini, nəqliyyat vasitəsini harda gəldi saxlamasını, hətta yolun hərəkət hissəsini, ikinci zolağı da tutmasını da görmüşük. Bundan başqa ictimai nəqliyyatdan bir-birini təhqir edən, söyüş söyə-söyə yüksək səslə danışan, hətta sürücünün zəhləsini tökən sərnişinlərə də rast gəlmişik. Bu dəfə isə sərnişin başqa üsula əl atıb. Digər sənişinlərin zəhləsini tökərək, hətta bu məsələdə ona qoşulanlar da tapılıb.
Milli.az-ın paytaxtda sərnişin avtobusunda çəkilmiş bu görüntülər xeyli marağa səbəb olub. Kütləvi informasiya vasitələrində hadisənin 79 saylı avtobusda baş verdiyi bildirilir. Belə ki, sürücünün avtobusda səsləndirdiyi mahnının səsi azmış kimi, ona zümzümə ilə yardıma gələn də olub. Arxa oturacaqda əyləşən sərnişinlərdən biri əlinə butulka alaraq, onu “mikrofon” əvəzi istifadə edib.

Google+ WhatsApp ok.ru