Bakıda avtobusla avtomobil toqquşub, ölən və yaralananlar var

Bakıda avtobusla avtomobil toqquşub, ölən və yaralananlar var

Bakıda avtobusla minik avtomobili toqquşub.
 
Hadisə Sabunçu rayonu Rüstəmov küçəsi 86 ünvanında baş verib.  
 
Səhiyyə Nazirliyindən "Report"a bildirilib ki, hadisə nəticəsində 1 nəfər ölüb, 2 nəfər yaralanıb: "Yaralılar 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Vəziyyətləri orta-ağırdır".
 
Faktla bağlı araşdırma aparılır.  /Report
 

Google+ WhatsApp ok.ru