Bakıda avtobusların yolu yenidən dəyişdirilir 06 İyun 2015 01:00 Ölkə Bu gün Bakıda bəzi sərnişin avtobuslarının hərəkət istiqamətində dəyişiklik edilib. Maide.az- xəbər verir ki, bu barədə Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov ANS-ə məlumat verib. Onun sözlərinə görə, bu dəyişiklik müvəqqətidir. “Bu gün paytaxtda keçiriləcək I Avropa Oyunlarının baş məşqi keçirilir. Bu səbəbdən yollarda avtomobil sıxlığının qarşısını almaq üçün sərnişin avtobusları bəzi ərazilərə buraxılmır. Ona görə də, bir neçə sərnişin avtobusunun hərəkət istiqaməti dəyişdirilib”, - deyə Namiq Həsənov bildirib. Nazirlik rəsmisinin sözlərinə görə, bu dəyişiklik iyunun 12-də də baş verəcək. Bundan əlavə, oyun zamanı da, bəzi avtobus xətlərinin hərəkət istiqaməti uzadıla, yaxud qısaldıla bilər. Qeyd edək ki, ötən gündən etibarən Bakıda 5, 6, 13, 18 saylı avtobus xətlərinin hərəkət istiqaməti dəyişdirilib. Teqlər : #Bakıda avtobusların yolu yenidən dəyişdirilir, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Azərbaycan ATƏT-in Bakı ofisini bağlayır Şikayətçi dələduzluq edən polis əməkdaşının işdən çıxarılmasını tələb edib