Bakıda avtobus qəzası: iki nəfər ölüb (Yenilənib)

10:24

Trend-in məlumatına görə, Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından Trend-ə verilən məlumata görə, qəza zamanı xəsarət alan sərnişinlərdən 8 nəfəri həmin xəstəxanaya çatdırılıb, lakin onlardan biri yolda dünyasını dəyişib. Hadisə nəticəsində 2 nəfər dünyasını dəyişib.

Zərərçəkənlərdən biri azyaşlı uşaq olub. Zərərçəkənlərin arasında 80 yaşlı qadın da olub. Uşaq əməliyyat olunur. Zərərçəkənlərin vəziyyəti kafi qiymətləndirilir.

 

09:30

Bu gün səhər saatlarında Heydər Əliyev prospektində, Aeroport yolunda üzü şəhər istiqamətində hərəkət edən sərnişin avtobusu, ”Koroğlu” metrostansiyasına çatmamış tikilməkdə olan Olimpiya kompleksini əhatə edən dəmir hasara çırpılıb. 
 
ANS PRESS-in hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, hazırda hadisə yerinə Baş Dövlət Yol Polisi idarəsinin əməkdaşları cəlb olunub. 
 
Şəhər Yol Polisi idarəsindən ANS PRESS-ə verilən məlumata görə, 148 saylı xətt üzrə hərəkət edən “İsuzu” markalı sərnişin avtobusunun sürücüsü idarəetməni itirərək yüksək sürətlə Olimpiya kompleksini əhatə edən dəmir hasara çırpılıb. Qəzada aldığı xəsartələr nəticəsində avtobusun sürücüsü Nəticədə avtobusun sürücüsü hadisə yerindəcə ölüb. Avtobusda olan sərnişinlərdən bir neçəsi isə müxtəlif dərəcəli bədən xəsarəti alıb.
 
Hadisə ilə bağlı araşdırma aparılır.
 
Qeyd edək ki, baş verən qəza Heydər Əliyev prospektində Sabunçu körpüsündən "Koroğlu" metrosunadək uzanan tıxaca səbəb olub.

 

 

Google+ WhatsApp ok.ru