Bakıda avtobus sürətlə dayanacağa çırpıldı: ölən var

Bakıda avtobus sürətlə dayanacağa çırpıldı: ölən var

-- 136 saylı marşrut xətti üzrə hərəkət edən avtobus

Bakıda ağır yol qəzası baş verib.
 
Maide.Az "Lent.az"a istinadən xəbər verir ki,  Xəzər rayonu Binə qəsəbəsi ərazisində (Atçılıq adlanan yer) 136 saylı marşrut xətti üzrə hərəkət edən "Daevo Nyu BS" markalı sərnişin avtobusu yolun kənarındakı dayanacağa çırpılıb. Avtobusun idarəetməsini itirən sürücü gəldiyi sürətlə dayanacağa doğru istiqamətlənib və oradakı şəxslərdən biri nəqliyyat vasitəsinin altında qalaraq vəfat edib. Daha bir nəfər isə ağır xəsarət alıb.
 
Hadisə şahidləri bildiriblər ki, avtobusun sürətlə yaxınlaşıdğını görən 60-65 yaşlı kişi qadınları kənara itələyib. O, özü uzaqlaşa bilmədiyindən avtobusun altında qalaraq ölüb.
 
Faktla bağlı Xəzər rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.

Google+ WhatsApp ok.ru