Bakıda avtomobil ana və oğlunu vurub

Bakıda avtomobil ana və oğlunu vurub

-- 8 yaşlı uşaq ölüb

Bakıda ana və azyaşlı oğlunu maşın vurub.
 
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, dekabrın 15-də saat 12 radələrində Sabunçu rayonunun Maştağa qəsəbəsi ərazisində qəsəbə sakini Rauf Kamilov idarə etdiyi “Ford” markalı avtomobillə yolun kənarı ilə hərəkət edən həmyerliləri Cəmilə Hüseynovanı və onun 8 yaşlı oğlu Mehrac Fərəcovu vurub.
 
Nəticədə uşaq hadisə yerində ölüb, xəstəxanaya yerləşdirilmiş anasına ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.
 
Sabunçu RPİ tərəfindən araşdırma aparılır. 
 

Google+ WhatsApp ok.ru