Bakıda avtomobil dirəyə çırpılıb

Bakıda avtomobil dirəyə çırpılıb

-- 2 nəfər yaralanıb

Bakının Sabunçu rayonu ərazisində 2 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
 
Maide.Az bildirir ki, “Report”-un məlumatına görə, Heydər Əliyev prospekti ilə hərəkətdə olan və Eyvazzadə Türk Elmar oğlunun idarə etdiyi "Lada Priora" markalı avtomobil Bakıxanov qəsəbəsinə dönən yolda arakəsməyə çırpılıb.
 
Nəticədə avtomobildə olan sərnişin əl nahiyəsindən sınıq xəsarətləri alıb. Sürücüyə yerində tibbi yardım göstərilib.
 
Əraziyə yol polisiəməkdaşları cəlb edilib. Sürücü Sərxoşluğun Yoxlanılması Mərkəzinə aparılıb.
 
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

Google+ WhatsApp ok.ru