Bakıda avtomobil özbaşına hərəkətə gəldi, sürücüsünü divara sıxaraq öldürdü

Binəqədi rayonunda sürücü avtomobilin onu divara sıxması nəticəsində ölüb.
 
Daxili İşlər Nazirliyindən (DİN) verilən məlumata görə, iyulun 10-da saat 10 radələrində Binəqədi rayonunun 28 May qəsəbəsində Sabirabad rayon sakini Sərdar Babayev özünə məxsus "VAZ-2103" markalı avtomobili üzü enişə saxlayıb.
 
Sonra avtomobil özbaşına hərəkətə gələrək onu divara sıxıb. Nəticədə sürücü hadisə yerində ölüb.

Google+ WhatsApp ok.ru