Bakıda Azərbaycan, Türkiyə və Gürcüstan birgə hərbi təlimi keçiriləcək

Bakıda Azərbaycan, Türkiyə və Gürcüstan birgə hərbi təlimi keçiriləcək

Sentyabrın 2-də Bakıda Azərbaycan, Türkiyə və Gürcüstan hərbi qulluqçularının iştirakı ilə “Eternity-2019” kompüter dəstəkli komanda-qərargah təlimi başlayacaq.
 
Maide.Az bildirir ki, bu barədə "Report"a Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
 
Silahlı Qüvvələrin Hərb Oyunları Mərkəzində və səhra şəraitində keçiriləcək nəzəri və praktiki hissədən ibarət olan təlimdə üç ölkənin hərbi bölmələri və aidiyyəti dövlət qurumlarının nümayəndələri regional iqtisadi layihələrin mühafizəsinin təşkili üzrə tapşırıqları icra edəcəklər.
 
Təlim sentyabrın 6-dək davam edəcək.
 

Google+ WhatsApp ok.ru