Bakıda baş verən yanğın nəticəsində bir nəfər yanaraq ölüb

Bakıda yanğın hadisəsi baş verib.
 
Maide.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Bakının Sabunçu rayonunda ümumi sahəsi 4 kv.m olan avtomobil dayanacağında gözətçi köşkünün yanar konstruksiyaları yanıb. Yanğın zamanı köşkün içərisində 1975-ci il təvəllüdlü Əliyev İqor Vladimiroviçin yanmış meyiti yanğınsöndürənlər tərəfindin aşkar olunub.
 
Dayanacaqda olan avtomobillər yanğından mühafizə olunub. Yanğın saat 05:51-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Google+ WhatsApp ok.ru