Bakıda beton zavodundakı ölümlə bağlı cinayət işi başlanıb

Bakıda beton zavodundakı ölümlə bağlı cinayət işi başlanıb

Bakıda beton zavodunda baş vermiş ölüm faktı ilə bağlı cinayət işi başlanıb.
 
Bakı şəhər Prokurorluğundan APA-ya verilən məlumata görə, baş vermiş hadisə ilə bağlı Qaradağ rayon Prokurorluğunun əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, məhkəmə tibbi ekspertin iştirakı ilə meyit müayinə edilib.
 
Faktla bağlı Qaradağ rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma - ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, iş üzrə müvafiq ekspertizalar təyin edilib.
 
Hazırda zəruri istintaq tədbirləri davam etdirilir.
 

Google+ WhatsApp ok.ru