Bakıda binada güclü yanğın başlayıb - Fotolar

Paytaxtda hündürmərtəbəli bina yanır.
Maide.az xəbər verir ki, paytaxtın Azadlıq prospekti 189 ünvanında hündürmərtəbəli yaşayış binasında güclü yanğın başlayıb.
Bu barədə “Anten FM”in aparıcısı Əzizə İsmayılova “Facebook” sosial şəbəkəsindəki profilində məlumat paylaşıb.
Onun sözlərinə görə, binanın fasad hissəsi bilinməyən səbəblərdən alışıb və güclü yanğın başlayıb.
Hazırda yanğının söndürülməsi üçün əraziyə çoxlu sayda yanğınsöndürən maşın cəlb olunub.
 







 

 

 

Google+ WhatsApp ok.ru