Bakıda bir ayda mindən çox oğurluq olub

Bakıda bir ayda mindən çox oğurluq olub

Hüquq-mühafizə orqanları 2019-cu ilin yanvar ayı ərzində 1285 şəxsi və dövlət əmlakının oğurlanması faktını qeydə alıb.
 
Maide.Az "Sputnik"ə istinadla xəbər verir ki, qeydə alınmış ümumi oğurluq faktlarının sadəcə 173-nün üstü açılıb.
 
Bununla yanaşı, 1 ay ərzində paytaxt polisinin əməkdaşları əvvəllər baş vermiş 107 şəxsi əmlakın oğurlanması faktının üstünü açıb.
 
Qeyd edək ki, son illərdə Bakıda əmlak cinayətlərinin sayının artdığı müşahidə edilir. Əgər beş il əvvəl partaxtda sutka ərzində 30-dək oğurluq faktı qeydə alınırdısa, hazırda bu göstərici xeyli artıb. Məsələn, bu sutka ərzində Bakıda 44 oğurluq hadisəsi qeydə alınıb. Onların əksəriyyəti xırda oğurluq hadisələridir.
 

Google+ WhatsApp ok.ru