Bakıda bir sıra səhiyyə müəssisələrinin baş həkimləri dəyişdirilib

Bakıda bir sıra səhiyyə müəssisələrinin baş həkimləri dəyişdirilib.
 
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Maide.az-a verilən məlumata görə, Kliniki Tibbi  Mərkəzin baş həkimi Sultan  Əliyev 14  saylı Birləşmiş Şəhər Xəstəxanasının, Bakı  Sağlamlıq Mərkəzinin baş həkimi Tərlan  Bəbirov 26 saylı Birləşmiş  Şəhər  Xəstəxanasının baş həkimi təyin olunub.
 
Şirvan Şəhər Diaqnostika Mərkəzinin baş həkimi Hikmət Həsənov Bakı Sağlamlıq Mərkəzinə, Kliniki Tibbi Mərkəzin qəbul şöbəsinin müdiri Sabiq  Hüseynzadə isə  Kliniki Tibbi  Mərkəzin baş həkimi vəzifəsinə təyinat alıb. 

Google+ WhatsApp ok.ru