Bakıda dəhşətli qəza: 1 ölü, 5 yaralı

Bakının Yasamal rayonunda ölüm və xəsarətlə nəticələnən ağır yol qəzası baş verib. APA TV-nin məlumatına görə, hadisə Bakı Dairəvi yolunun Biləcəri qəsəbəsinə doğru gedən hissəsində qeydə alınıb. “Mercedes” markalı minik maşını eyni markalı mikroavtobusa arxadan çırpılıb. İlkin məlumata görə, içərisində 8 nəfər olan mikroavtobus yol kənarında dayanıbmış.
 
Qəza nəticəsində “Mercedes”in sərnişini, 49 yaşlı Dünyamalıyeva Fatma Zülfüqar qızı dünyasını dəyişib. Daha 5 nəfər isə xəsarət alıb. Yaralılar təcili tibbi yardım briqadaları tərəfindən xəstəxanaya aparılıb.
 
Onlardan bəzilərinin vəziyyəti ağırdır və ölənlərinin sayının artacağı istisna olunmur. Xəsarət alanlar arasında azyaşlı da var.
 
Yasamal Rayon Polis İdarəsində faktla bağlı araşdırma aparılır./

Google+ WhatsApp ok.ru