Bakıda dəhşətli qəza: Yük maşını 47 yaşlı kişinin üstündən keçdi

Bakıda dəhşətli qəza: Yük maşını 47 yaşlı kişinin üstündən keçdi

Bakıda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.  

 
Modern.az xəbər verir ki, hadisə Xəzər rayonunun Binə qəsəbəsində qeydə alınıb.  
 
Belə ki, qəsəbədə yerləşən “Rəşad” yanacaqdoldurma məntəqəsinə yanacaq gətirən yük avtomobili Buzovna qəsəbə sakini, 1973-cü il təvəllüdlü Ağayev Mayil Ağəli oğlunun üzərindən keçib.  
 
Nəticədə A. Mayilin bədəni hissələrə ayrılıb.   Meyit aidiyyatı üzrə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.

Google+ WhatsApp ok.ru