Bakıda daha 2 uşağı it dişləyib 22 Aprel 2019 16:15 Hadisə Bakıda daha 2 uşağı it dişləyib. Bu barədə “Qafqazinfo”ya məlumatı, uşaqlardan birinin valideyni Sahib Musayev verib. O bildirib ki, təqribən 2 həftə əvvəl Yeni Yasamal, Əsəd Əhmədov küçəsində 13 yaşlı oğlu Hafiz Musazadəni it dişləyib. Ailə uşağı əvvəlcə 1 saylı Kliniki Tibbi Mərkəzə, daha sonra 5 nömrəli xəstəxanaya apararaq iynə vurdurub: “Biz ikinci iynəni vurdurmaq üçün xəstəxanaya gedəndə gördük ki, eyni küçədə başqa bir uşağı da it dişlədiyi üçün müayinəyə gətiriblər. Komendanta müraciət etdik, bir şey edə bilməyəcəyini dedi. Daha sonra Toplan - Sahibsiz itlərə qayğı mərkəzinə müraciət etdim ki, itlər Balaxanıya aparılsın”. Teqlər : #Bakıda,#daha,#uşağı,#dişləyib, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Astarada torpaq sürüşməsi aktivləşib Səhiyyə Nazirliyi: Bu il iki nəfər quduzluqdan ölüb