Bakıda daha 6 marşrut xətti üzrə avtobuslar elektron ödəmə sisteminə keçəcək

Bakıda daha 6 marşrut xətti üzrə avtobuslar elektron ödəmə sisteminə keçəcək

 
Dayanacaqlarda “BakıKart” və “Milliön” terminalları quraşdırılıb
  “Xaliq Faiq oğlu” MMC şirkətinin 18, 61, 65, 79, 85, 96 saylı xətt üzrə hərəkət edən avtobusları sentyabrın 1-dən “BakıKart” elektron ödəmə sisteminə keçəcək.
“Report” xəbər verir ki, həmin tarixdən bu avtobuslarda nağd ödəniş qəbul olunmayacaq. Bu marşrutların hərəkət istiqaməti üzrə bütün dayanacaqlarda artıq “BakıKart” və “Milliön” terminalları quraşdırılıb.
Qeyd edək ki, yaxın gələcəkdə şirkətin istismarında olan bütün xətlər üzrə avtobuslar elektron ödəniş sisteminə keçəcək. /

Google+ WhatsApp ok.ru