Bakıda daha 6 tələbə zəhərləndi

Bakıda daha 6 tələbə zəhərləndi

Xəzər universitetinin 6 tələbəsi zəhərlənib.

Səhiyyə Nazirliyindən verilən məlumata görə hazırda tələbələr Təcili Tibbi yardım avtomobili ilə КТМ-in Toksikologiya şöbəsinə gətiriblər. 

Onların dəm qazından zəhərlənməsi ehtimal edilir. 

Qeyd edək ki, Təcili Tibbi yardıma çağırış saat 04:47 də olub. Tələbə qızların dediyinə görə, hadisə kirayələdikləri Qara Qarayev pr. 76, mənzil 28-də baş verib.

Həkimlər tələbə qızların vəziyyətini orta ağır kimi qiymətləndirirlər. Onlara lazımi tibbi yardım göstərilib. Hazırda müalicələri davam edir. /oxu.az

Google+ WhatsApp ok.ru