Bakıda daha bir yerdə yol hərəkəti dəyişəcək

Bakıda daha bir yerdə yol hərəkəti dəyişəcək

Bakının Əhməd Rəcəbli və Cəfər Xəndan küçələrinin kəsişməsində yol hərəkətinin təşkilində dəyişiklik ediləcək.
 
“Report” bu barədə Bakı Nəqliyyat Agentliyinə istinadən xəbər verir.
 
Məlumata görə, qeyd edilən yolayrıcı svetofor vasitəsi ilə nizamlanacaq. Bununla əlaqədar, kəsişmədə svetofor obyekti quraşdırılıb. Digər zəruri işlər yekunlaşdıqdan sonra svetoforlar işə salınacaq.
 
Qeyd edək ki, dəyişikliklər yolayrıcında pik saatlarda nəqliyyat sıxlığını aradan qaldırmaqla yanaşı, yol hərəkəti təhlükəsizliyi səviyyəsinin artırmasına səbəb olacaq. Eyni zamanda, kəsişmədə piyadaların təhlükəsiz hərəkəti üçün əlverişli şərait təmin olunacaq.
 

Google+ WhatsApp ok.ru