Bakıda daha iki mərkəzi yol bağlandı

Bakıda daha iki yol təmirə bağlanıb.
 
Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzindən apa-ya verilən məlumata görə, hazırda Bülbül prospekti ilə Salatın Əsgərova küçəsi ilə kəsişmədən Füzuli küçəsi ilə kəsişməyə kimi və olan hissədə asfalt örtüyünün dəyişdirilməsi ilə əlaqədar olaraq yol bağlıdır.
 
Həmçinin, Salatın Əsgərova küçəsi ilə Səməd Vurğun küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçüsinin kəsişməsinə kimi olan hissədə asfalt örtüyünün dəyişdirilməsi ilə əlaqədar olaraq yol bağlanıb.
 
Sürücülərə Bülbül prospektinə alternativ olaraq Səməd vurğun küçəsindən, Salatın Əsgərova küçəsinə alternativ olaraq isə Füzuli küçəsindən istifadə etmək tövsiyə olunur.

Google+ WhatsApp ok.ru